Vüqar Həşimovun atası VƏFAT ETDİ

Vüqar Həşimovun atası
vəfat
Gündəm 08-01-2025 - 14:45

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.

PAYLAŞ: