"Umico"dan kəskin şikayət var: Problemli məhsul satırlar - İDDİA/FOTO

"Umico"dan kəskin şikayət var: Problemli məhsul satırlar -
Umico
Cəmiyyət 24-01-2025 - 14:35

“Umico” şirkətindən şikayət var.

Ajans.az-ın verdiyi xəbərə görə, bu barədə “Facebook” istifadəçilərindən biri paylaşım edib.

Vətəndaş bildirib ki, şirkətin applikasiyası vasitəsilə planşet alıb və məhsul problemli olub:

“Normal işləməyən və problemli planşet satırlar. Geri qaytaranda isə uzadırlar. 12 gün vaxt keçib, nə vaxt əlaqə saxlayıram, deyirlər ki, gün ərzində əlaqə saxlanacaq. Amma heç kəs əlaqə saxlamır. Yəqin gözləyirlər ki, 14 gün keçsin və yola versinlər. Dostlar, sizləri “Umico”dan məhsul almamağa çağırıram. Operatorlar da adamla elə danışırlar ki, adamın əsəbləri pozulur”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: