Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı

Türkiyədəki aksiyalarda
Dünya 22-03-2025 - 20:35

Əkrəm İmamoğlunun saxlanması fonunda Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 343 nəfər saxlanılıb.

Ajans.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, şübhəlilər İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən aksiyalar zamanı tutulub.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında etirazlarla bağlı açıqlama verərək bildirib ki, ictimai asayişi pozmağa çalışanlara qarşı qəti tədbirlər görüləcək və polis əməkdaşları təhlükəsizliyin təmin olunması üçün fəaliyyətini davam etdirir.

PAYLAŞ: