Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini endirdi

Türkiyə Mərkəzi Bankı son iki ildə ilk dəfə uçot dərəcəsini 250 baza bəndi - 50 faizdən 47,5 faizə endirib.
Ajans.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında məlumat verilir.
Mərkəzi Bankın qərarı indikatorun 150-250 baza bəndi daxilində azalacağını proqnozlaşdıran əksər analitiklərin fikirləri ilə üst-üstə düşüb. Xüsusilə, “Bloomberg”in sorğusuna qatılan iqtisadçılar faiz dərəcəsinin 175 bənd azalaraq 48,25 faizə enəcəyini gözləyirlər.
Mərkəzi Bank daxili tələbi cilovlamaq, türk lirəsinin real möhkəmlənməsini və inflyasiya gözləntilərini yaxşılaşdırmaqla noyabrda 47,1 faizə (hədəf 5 faiz səviyyəsində) qədər yavaşlayan inflyasiyanın səviyyəsinin azalmasına nail olmaq niyyətindədir. "Gələcəkdə, bu proses fiskal siyasətin koordinasiyasının artırılması ilə də asanlaşdırılacaq", - nəşrdə qeyd olunur.
2023-cü ilin iyununda Türkiyə Mərkəzi Bankı iki ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini qaldırıb, baxmayaraq ki, bundan əvvəl rekord inflyasiya fonunda belə aşağı dərəcələr siyasətinə riayət edirdi. Bundan sonra o, mütəmadi olaraq dərəcəsi artırıb, mart ayına qədər illik 50 faizə çatdırıb və 2024-cü ilin çox hissəsi üçün bu səviyyədə saxlayıb.