Türk hərbi gəmiləri xaosa SƏBƏB OLDU

Türk hərbi gəmiləri xaosa
Gəmi
Siyasət 10-03-2025 - 12:34

Türkiyənin Taylanda döyüş gəmisi təklifi beynəlxalq aləmdə böyük təsir bağışlayıb.

Ajans.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesindəki gücünü və ixrac imkanlarını müzakirə edən Çin mətbuatı təklifin diqqətlə araşdırılması lazım olduğunu yazıb.

Türkiyənin əhəmiyyətli müdafiə sənayesi təşkilatlarından biri olan ASFAT, Çinlə uzun müddətdir böhran yaşayan Asiya ölkəsinə hərbi gəmi təklifi edib. Şirkət yerli resurslarla istehsal etdiyi ADA sinifli korvetlər və İSTİF sinifli freqatlar haqqında Tayland Kral Donanmasına təqdimat edib.

Lakin bu təklif satışdan əvvəl də Asiya regionunda geniş təsir bağışlamışdı. Xüsusilə Çin mətbuatı əvvəllər Malayziyaya təklif edilən və hazırda Taylanda təklif edilən türk döyüş maşınlarının diqqətlə araşdırılması lazım olduğunu bildirib. Təklifi edən ASFAT, Türkiyənin müdafiə sənayesi daxilində fəaliyyət göstərən və hərbi fabrik və tərsanələrin idarə olunmasından məsul olan bir şirkət kimi qeyd edilib. Sözügedən təklifin Türkiyənin müdafiə sənayesindəki ixrac potensialını və bölgədəki strateji addımlarını nümayiş etdirdiyi vurğulanıb.

Təklifin edildiyi Taylandın Çinlə illərdir gərginliyi var. Çinə qarşı müdafiə qabiliyyətini gücləndirmək istəyən Tayland dörd yeni freqat almaqla Kral Donanması donanmasını gücləndirməyi planlaşdırır. Bu çərçivədə iki gəmini birbaşa hazır olaraq almaq, qalan iki gəmini isə ölkədə istehsal etmək və texnologiya transferini hədəfləyir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: