"UFC"də müsəlmanlar SIXIŞDIRILIR - Tofiq Musayev AÇIQLADI

"UFC"də müsəlmanlar SIXIŞDIRILIR -
UFC idmançılar
İdman 13-03-2025 - 15:59
 109

Bildiyimiz kimi, 8 mart 2025-ci ildə “UFC 313” də Yüngül Ağır çəkili UFC Çempionatı üçün Maqomed Ankalaev Aleks Pereyra ilə qarşılaşıb. Yekdil qərarla dağıstanlı döyüşçü Ankalaev çempionluğu qazanıb.

Sözügedən yarışdan sonra dünya miqyasında xaos yaranıb. Belə ki, dağıstanlı müsəlman döyüşçülərin UFC çempionatlarındakı uğurları bəzi tamaşaçılarda qıcıq yaradır. Həmçinin onların daha çox güləş stilinə üstünlük verməsi də müxtəlif ajiotajlara səbəb olub. Bu tipli siyahıya İslam Maxaçev, Həbib Nurməhəmmədov və Maqomed Ankalaevi əlavə etmək olar. 

Hətta yayılan görüntülərdə “UFC”nin baş icraçı direktorunun Ankalaevin qələbəsinə reaksiyası gündəm olub. Onun bu qələbədən məmnun olmadığı bariz şəkildə hiss olunub.

Həmçinin, onu da qeyd edək ki, güləşə üstünlük verən yalnız dağıstanlı idmançılar deyil, digərləri, məsələn, Con Cons, Tom Aspinall, Demetrious Conson və s. də var. MMA (mixed martial arts – red) qarışıq döyüş sənətləridir və hər idmançı özünə uyğun tərzi seçir. Amma bu o demək deyil ki, onlar sırf güləş tərzini bilir və başqa istiqamətlərdən (məsələn – boks, kikboks, muay-tay, karate və s.) məlumatsızdırlar. 

Ümumiyyətlə, bir çox müsəlman idmançılar həmişə ayrıseçkiliyə məruz qaldıqları barədə şikayət ediblər.

Bəs, bunun səbəbi nədir?

Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən məşhur MMA idmançısı, yüngül çəki üzrə çempion Tofiq Musayev bildirib ki, bu cür problemlər tez-tez yaşanır:

“Qafqaz döyüşçülərini həmişə sıxırlar. İstər kəmər döyüşü verməmək, istərsə də prosesləri uzatmaqla idmançılar üçün problem yaradırlar. Dünyanın hər bir təşkilatında Qafqaz idmançılarını sıxırlar. Digər məsələyə gəldikdə isə, kimisi güləşir, kimisi də ayaq üstə döyüşür.

Hər kəsin bir döyüş üslubu var. Önəmli olan nəticədir, ona baxmaq lazımdır. Yəni Ankalaevlə Pereyranın döyüşü dünyada bəyənilməsə də, onlara maraqsız gəlsə də, nəticə olaraq Ankalaev qalib gəldi. Buna kim nə deyə bilər ki?”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: