AZAL-ın təyyarəsi vurulub? - MÜƏMMALI İZLƏR

AZAL-ın təyyarəsi vurulub? -
Təyyarə qəzası
Gündəm 25-12-2024 - 17:05
 749

Xəbər verdiyimiz kimi,  "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün yaradılan dövlət komissiyasının üzvləri Aktau şəhərində hadisə yerindədir.

Ajans.az xəbər verir ki, yayılan görüntülərdə rəsmilərin hadisə yerinə baxış keçirməsi əks olunub. AZAL rəsmisi İlham Əmirov qəza ilə bağlı ilkin ehtimalları səsləndirir. Görüntülərdə təyyarədə naməlum izlər olduğu və vurulma ehtimalının olması düşünüldüyü əks etdirilir.

Qeyd edək ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

PAYLAŞ: