Nyu-Yorkda sürücü taksini piyadaların üzərinə sürdü
Nyu-Yorkun mərkəzində taksi sürücüsünün avtomobili piyadalarım üzərinə sürməsi nəticəsində 6 nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, insident dekabrın 25-də protestantların və katoliklərin qeyd etdiyi Milad bayramı ərəfəsində yerli vaxtla saat 16:00 radələrində Manhettenin mərkəzindəki Herald meydanında baş verib.
Altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.