Gədəbəydə ölülər üçün tonqal qaladılar- Qəbirstanlıq yandırıldı - VİDEO

Gədəbəydə ölülər üçün tonqal qaladılar-
Cəmiyyət 13-03-2025 - 16:38
 170

Gədəbəy rayonunda qəbiristanlıqda yandırılan tonqallar diqqət çəkib.

Beləki sosial media istifadəçisi, Gədəbəydəki qəbiristanlıqda yandırılan tonqalları çəkərək, "Bura Hindistan deyil, Gədəbəydir" – deyə sərt etirazını bildirib.

Ajans.az olaraq həmin sakinlə əlaqə saxladıq. O, bildirib ki, hər il üçüncü çərşənbə, Yel çərşənbəsi günü, "Qara Bayram" və ya "Ölü Çərşənbəsi" qeyd olunur. Bu günlərdə insanlar qəbiristanlıqlara gedərək şam, məşəl və lopa yandırırlar. Nəticədə, bu alovlar qəbiristanlıqda yanğının yaranmasına səbəb olur.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti dəfələrlə bu yanğınları söndürsə də, hər il təkrarlanan bu ənənə qəbiristanlıqlara ziyan vurur. Həmin ənənə yalnız Gədəbəy rayonunda deyil, həmçinin Şəmkir və Tovuzda da tətbiq edilir.

Məsələ ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılsa da, rəsmi mövqe bildirilmədi.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: