Tramp Vensin corabını ələ saldı

Dünya
13-03-2025 - 10:49
ABŞ prezidenti Donald Tramp rəsmi görüş zamanı vitse-prezident Ci Di Venslə zarafat edib.
Ajans.az xəbər verir ki, vitse-prezident yonca naxışlı corab geyinib.
Tramp Ağ Evdə İrlandiyanın baş naziri Mişel Martin ilə görüşü zamanı vitse-prezidentin corablarına görə diqqətini cəmləyə bilmədiyini deyib.
“Bu corabları bəyənirəm. Mən diqqətimi cəmləməyə çalışırdım, amma vitse-prezidentin corabları məni çox heyran etdi", - deyən Tramp gülmək üçün Vensin corabını göstərib.
Qeyd edək ki, yonca İrlandiyanın milli simvollarından biridir.
Mövzular:
Oxşar xəbərlər
Pezeşkian BRICS sammitində Rusiya və Çin liderləri ilə görüşməyi planlaşdırır
Dünya18:56 / 19-10-24