Putin Trampın təklifini qəbul etdi: Orduya əmr verildi

Putin Trampın təklifini qəbul etdi:
Gündəm 18-03-2025 - 22:09

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon söhbəti zamanı onun 30 günlük atəşkəs təklifi ilə razılaşıb.

Ajans.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

"Söhbət zamanı Donald Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan qarşılıqlı şəkildə çəkinmək təklifi irəli sürüb. Vladimir Putin bu təşəbbüsə müsbət cavab verib və dərhal Rusiya hərbçilərinə müvafiq əmr verib", - məlumatda deyilir.

Qeyd edək ki, bu gün Putin və Tramp arasında telefon danışığı baş tutub.

PAYLAŞ: