Lənkəranda 41 yaşlı qadın öldürüldü, əri polisə təslim oldu

Lənkəranda 41 yaşlı qadın öldürüldü,
Gündəm 18-03-2025 - 23:15
 105

Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.

Ajans.az  xəbər verir ki, hadisə bu gün Lənkəran şəhəri ərazisində baş verib.

Belə ki, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova çoxsaylı bıçaq yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq o, ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi  açılıb.

PAYLAŞ: