Bütün dünyanın səyahət etdiyi şəhərdə ŞOK QADAĞA: 1 Yanvardan etibarən...

Bütün dünyanın səyahət etdiyi şəhərdə ŞOK QADAĞA:
Siqaret
Dünya 17-12-2024 - 10:36

İtaliyanın Milan şəhərində 2025-ci il yanvarın 1-dən açıq havada siqaret çəkmək qadağan ediləcək.

Ajans.az xəbər verir ki, bu barədə Milan bələdiyyəsi qərar qəbul edib. 

Əvvəllər müəyyən ərazilərlə məhdudlaşdırılan qadağanın əhatə dairəsi yeni ildən etibarən bütün ictimai açıq yerləri əhatə edəcək şəkildə genişləndiriləcək. Yeni qaydaya əsasən, siqaret çəkməyə yalnız digər insanlardan ən azı 10 metr məsafənin saxlanıla biləcəyi təcrid olunmuş yerlərdə icazə veriləcək. Qadağaları pozanlar 40-240 avro arasında cərimə olunacaqlar.

2021-ci ildən başlayaraq Milanda Hava Keyfiyyəti Qaydaları çərçivəsində açıq havada siqaret çəkməyə müxtəlif məhdudiyyətlər tətbiq edilib. Parklarda, uşaq meydançalarında, qəbiristanlıqlarda, stadionlarda və avtobus dayanacaqlarında başqalarından 10 metr məsafə saxlanmadığı təqdirdə siqaret çəkmək qadağan edilib. 2025-ci ildə qüvvəyə minəcək yeni qaydalarla bu qadağa genişlənərək küçələrdə, restoranlarda və barlarda açıq havada masaları da əhatə edəcək. Bu mərhələdə elektron siqaretlər qadağaya daxil edilməyəcək.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: