Ukrayna Trampın bunu edəcəyindən qorxur - KİV

Ukrayna ABŞ prezidenti Donald Trampın qarşıdakı telefon danışıqlarında Odessa limanına nəzarəti Rusiyaya təhvil verməyə razı ola biləcəyindən narahatdır.
Ajans.az bildirir ki, bunu "New York Times" Vladimir Zelenskinin müşavirlərinə istinadən yazır. Jurnalistlər prezidentlərin görüşünün 1945-ci ildə Avropanın müharibədən sonrakı strukturunun müzakirə olunduğu Yalta konfransına bənzədildiyini bildirirlər.
Kiyevdə Donald Trampın daha böyük güzəştlərə gedəcəyi ilə bağlı narahatlıqlar var:
Onlar (Ukrayna rəsmiləri) narahatdırlar ki, cənab Tramp Ukraynanın bəzi hissələri, ola bilsin ki, kritik Odessa limanı ilə bağlı cənab Putinin digər ambisiyalarını dəstəkləyə bilər”.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp bu gün telefon danışığı keçirməyi planlaşdırırlar. Görüş zamanı ərazi və AES-lərə nəzarət məsələsi müzakirə olunacaq. ABŞ prezidenti bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin sona çatması üçün "yüksək ehtimal" var.