Tramp husilərə görə İranı hədələdi

Gündəm
17-03-2025 - 21:27
ABŞ Prezidenti Donald Tramp husi hücumlarının arxasında İranın olduğunu iddia edib.
Ajans.az xəbər verir ki, Amerika lideri bu haqda “Truth” sosial şəbəkəsində yazıb.
O bildirib ki, yeni hücumlar olacağı təqdirdə ABŞ yalnız üsyançılara zərbə endirməklə kifayətlənməyəcək.
“Heç kimin sizi aldatmasına imkan verməyin! Yəmən xalqının nifrət etdiyi husilərin, Yəməndə yaşayan şər quldurların həyata keçirdiyi yüzlərlə hücumlar İrandan qaynaqlanıb. Husilərin bundan sonrakı hər hansı hücumları və ya cavab hərəkətləri böyük güclə qarşılanacaq", - deyə Tramp qeyd edib.
Mövzular:
Oxşar xəbərlər
Amin Məmmədov: AZAL-ın təyyarəsi barədə Karasev kimi mədəniyyətdən uzaq varlıq fikir yürüdür
Gündəm15:54 / 07-01-25