Emin əkizlərinin böyüdüyü evi nümayiş etdirdi - Video

Xalq artisti Emin Ağalarov əkizləri Əli və Mikayılın böyüdüyü evi nümayiş etdirib.
Ajans.az xəbər verir ki, o, evi atası, iş adamı Araz Ağalarovun inşa etdiyini vurğulayıb.
Sənətçi qızı Afinaya qardaşlarının harada böyüdüyünü, hansı otaqlarda qaldıqlarını göstərib. Onlar arasında atasının və anası İrina Ağalarovanın qaldığı otaq da olub. İfaçı həmin anları sosial media hesabında paylaşıb.
Qeyd edək ki, Eminin Əminə adlı daha bir qız övladı var.
Onu da əlavə edək ki, Emin daha əvvəl Afinanı uşaqlıq illərinin keçdiyi Nardarandakı bağ evi ilə tanış edib.
View this post on Instagram