Qayınatanın gəlininə qumbara atdığı evdən ÖZƏL GÖRÜNTÜLƏR

Qayınatanın gəlininə qumbara atdığı evdən
Gündəm 16-02-2025 - 19:09
 921

Xəbər verdiyimiz kimi Goranboyun Qarasüleymanlı kəndində qayınata gəlininə qumbara atıb.

Ajans.az-ın əldə etdiyi məlumata görə Qarasüleymanlı kənd sakini 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun özünün və övladının sağlamlığında ciddi problemlər var. Gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə bir neçə dəfə münaqişə yaşanıb və gəlini evi tərk edərək Bakıda verilişlərin birində çıxış edərək problemlərindən danışıb. Yenidən barışan ailədə bu dəfəki münaqişə faciə ilə nəticələnib. Qayınata həyətə gəlini olan istiqamətə qumbara atıb. Gəlinin vəziyyəti ağırdır. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisə yerindən özəl görüntüləri təqdim edirik.
Zakir Namazov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

PAYLAŞ: