Yanğında insanları xilas edən futbolçu öldü

Yanğında insanları xilas
Gündəm 17-03-2025 - 23:25

Şimali Makedoniyanın “Şkupi” klubunun futbolçusu Andrey Lazarov gecə klubunda baş verən yanğından sağ çıxdığı barədə məlumat yayılmışdı.

Ajans.az xəbər verir ki, klub yeni açıqlamasında futbolçunun öldüyünü bildirib.

“Ailəsi əvvəlcə onun yaxşı olduğunu desə də, böyük ağrı və təəssüf hissi ilə bildiririk ki, futbolçumuz Andrey Lazarov Koçanidə baş vermiş faciəvi yanğının qurbanlarından biri olub. Əsl qəhrəman olan Lazarov başqalarına yanan binadan qaçmağa kömək etmək istəyərkən həyatını itirib. O, sona qədər şücaət və insanlıq göstərərək başqalarının həyatını xilas edərkən dəm qazından zəhərlənərək dünyasını dəyişib. Onun qəhrəmanlığı yaddaşımızda təvazökar xasiyyətinin və böyük ürəyinin təzahürü kimi əbədi olaraq qalacaq”, – “Şkupi” klubunun açıqlamasında bildirilib.

Məlumata görə, Lazarov bir neçə dəfə yanan gecə klubuna qayıdıb, insanları çölə çıxarıb və sonda yanıq xəsarətləri və dəm qazından zəhərlənmə ilə reanimasiyaya aparılıb və bundan sonra dünyasını dəyişib.

Ümumilikdə, yanğında azı 59 nəfər ölüb, 155-dən çox insan yaralanıb.

PAYLAŞ: