Nazirlər COP29-la bağlı çağırış etdilər

Nazirlər  COP29-la bağlı
Gündəm 19-11-2024 - 21:07

COP29-da yüksək səviyyəli görüşdə bir sıra ölkələrin nazirləri iqlim böhranı ilə mübarizə üçün səyləri birləşdirməyə dair qətiyyətli çağırış edib

Ajans.az “Report”a istinadən xəbər verir ki, bu məsələdə iqlimin maliyyələşdirilməsi və inkişaf etməkdə olan ölkələrə dəstək problemlərinə xüsusi diqqət yetirilib.

İştirakçılar konfransın Azərbaycan tərəfindən yüksək səviyyədə təşkilini yüksək qiymətləndirib, səmimi qəbula və məhsuldar iş üçün gözəl şəraitin yaradılmasına görə Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.

O cümlədən Cənubi Koreyanın ekologiya və iqlim naziri Kim Vansop iqlim dəyişikliyi problemlərinin həllində birgə fəaliyyətin vacibliyini vurğulayıb. O qeyd edib ki, Koreya bərpa olunan enerji mənbələrindən (BOEM) istifadəni fəal şəkildə inkişaf etdirir və sənaye proseslərini təkmilləşdirir.

PAYLAŞ: