TƏCİLİ: Hizbullahin komandir müavini öldürüldü!

TƏCİLİ: Hizbullahin komandir müavini
Dünya 19-10-2024 - 12:18

Dünən döyüş təyyarələri Livanın cənubundakı Bint Cbeil bölgəsində Hizbullah komandirinin müavini Nəsir Abd al-Əziz Rəşidi hədəfə alıb və öldürüb.

Ajans.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri bildirir ki, Nəsir Abd al-Əziz Rəşid Livanın cənubundakı bir neçə şəhərdən İsrailə atılan raket atəşinə görə məsuliyyət daşıyır.

Zərbələr Livanın cənubunda Hizbullaha qarşı əməliyyatların davam etdiyi bir vaxta təsadüf edir. Son 24 saat ərzində qoşunlar bir çox silahı, o cümlədən İsrailin şimalındakı icmalara atılmaq üçün hazırlanmış Kornet tank əleyhinə raket buraxılış qurğusunu yerləşdirib və məhv edib.

Hərbiçilər zərbələrin görüntülərini yayıblar.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: