TƏCİLİ: ABŞ-nin məxfi sənədləri sızdırıldı, İsrail hücumu təxirə saldı - Detallar
İsrail ABŞ-nin məxfi sənədlərinin sızması səbəbindən İrana cavab hücumunu təxirə salmaq məcburiyyətində qalıb.
Ajans.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Times” məlumat yayıb.
“ABŞ sənədlərinin sızması, strategiyanın və komponentlərin müəyyən elementlərinin dəyişdirilməsi zərurəti səbəbindən hücumu gecikdirdik”, - deyə, kəşfiyyat cəmiyyətindən adı açıqlanmayan mənbə bildirib.
Eyni zamanda mənbə bildirib ki, İsrail cavab zərbəsi endirməyə hazırlaşır, lakin bu, gözləniləndən daha çox vaxt aparacaq”.
Oktyabrın iyirmisində məlum olub ki, ABŞ İsrailin İrana cavab zərbəsi endirməyə hazırlığı ilə bağlı gizli kəşfiyyat məlumatlarının sızmasını araşdırır. Sənəddə hücuma hazırlıq, xüsusən də İsrail Hərbi Hava Qüvvələrinin hava-yer raketlərindən istifadə etməklə həyata keçirdiyi təlimlər təsvir edilib.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin hər hansı hücumu “qırmızı xətt” hesab olunacaq.