Suriya müxalifətinin Rusiyaya münasibəti necədir?
Suriyanın yeni hakimiyyət orqanları Rusiya haqqında danışarkən müsbət tonu saxlayır və münasibətlərdə kəskin qırılmaya can atmır.
Ajans.az xəbər verir ki, bunu Suriya müxalifətinin Moskva platformasının lideri, Xalq İradəsi Partiyasının katibi Cəmil Qədri “ Valday” beynəlxalq diskussiya klubunun tədbiri zamanı deyib.
“Qeyd etmək lazımdır ki, Rusiyaya münasibətlə bağlı ilk bəyanatlardan biri müsbət idi. Ümumiyyətlə, ton pis deyil və bunu yadda saxlamaq lazımdır”, - deyə siyasətçi bildirib.
Qədri Rusiya ilə Suriya arasında tarixi bağlılığın olduğunu da vurğulayıb. Onun sözlərinə görə, belə əlaqələri qəfil kəsmək olmaz.
Culani daha əvvəl bildirib ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin dövründə ölkədə hökumət tərəfindən talanların səviyyəsi çox böyük olub. Onun sözlərinə görə, Suriya lideri təkcə vətəninə və xalqına deyil, həm də “öz ailə üzvlərinə” xəyanət edib. O, Suriyanın keçmiş liderinin heç nə demədən onları tərk etdiyinə diqqət çəkib.