Sumqayıtın deputatı ən yaşlılar siyahısında

VII çağırış Milli Məclisdə gənc deputatlarla yanaşı, bir sıra təcrübəli ictimai-siyasi xadimlər də təmsil olunur. Onlardan 30-u artıq pensiya yaşını keçib.
Bizim.media.az-ın məlumatına görə, siyahıda 42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı 69 yaşlı Hicran Hüseynova da yer alıb. Millət vəkili 13 avqust 1955-ci ildə anadan olub.
Qeyd edək ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Milli Məclisə üzv seçilən Ziyad Səmədzadə ən yaşlı deputatdır. Onun bu il 85 yaşı tamam olacaq.