Sosial media məşhurları arasında silahlı İNSİDENT: YARALI VAR
Ankaranın Sincan səmtində sosial mediada tanınan şəxslər arasında baş verən davada bir qadın sənədsiz silahla bir nəfəri yaralayıb.
Ajans.az xəbər verir ki, hadisə yerindən qaçan şübhəli və digər bir şəxs polis qrupları tərəfindən tutularaq nəzarətə alınıb.
Alınan məlumata görə, axşam saatlarında sosial media fenomeni Cansum Ş. ilə Çağlayan Y. arasında silahlı dava düşüb. Döyüş zamanı Çağlayan Y.-ni sənədsiz silahla sol ayağından yaralayan Cansum Ş avtomobillə hadisə yerindən qaçıb.
Hadisəni görənlərin xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Ayağından yaralanan Çağlayan Y. həkimlər tərəfindən xəstəxanaya aparılarkən, polis qrupu hadisə ilə bağlı araşdırma başladıb.
Nəzarətə alınan Cansum Ş.-nin əvvəllər törətdiyi cinayətlərə görə 80 cinayət qeydinin olduğu üzə çıxıb.