Sertifikasiya imtahanları: Bu il çətin, yoxsa asan olacaq?

Sertifikasiya imtahanları:
Cəmiyyət 04-03-2025 - 14:50

Azərbaycanda müəllimlərin sertifikatlaşdırma prosesi davam edir. 2024/2025-ci tədris ili üçün 134 396 müəllimdən bir qismi növbəti mərhələyə hazırlaşır.

İndiyədək 64 901 müəllim sertifikasiyaya cəlb edilib, 55 510 nəfərin maaşı 10-35% artırılıb. Azərbaycan dili, ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimlərindən 3 742-si imtahandan kəsilib.

2025-ci ildə biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiyadan keçəcək. Ekspertlər imtahanların çətinliyi barədə fərqli fikirlər səsləndirir.

 Mövzu ilə bağlı "Ajans.az" a danışan  ''məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli isə fərqli düşünür.  O bildirib ki, bu istiqamətdə xüsusi kampaniyalar aparılır:

‘’Müəyyən şəxslər bu sahədə özlərini məlumatlı hesab edirlər və bununla ətraflarına elan olunmuş ixtisaslar üzrə müəllimləri cəlb edərək repetitorluq etməyə təşviq edirlər. Yəni, bəzi işbazlar bu vəziyyətdən maddi maraq güdürlər. Təəssüf ki, özünə güvəni olmayan müəllimlərin çoxu bu yolu seçir ki, imtahana hazırlaşa bilsinlər. Halbuki, onları hazırlaşdıran repetitorların bir çoxu həmin müəllimlərdən daha aşağı səviyyədədir. Sadəcə, bu şəxslər işi qurmağı bacarıblar.

Sözügedən mətbuat konfransında Elm və Təhsil Nazirliyinin beş fənn üzrə sertifikasiya elanından sonra müəllimlər arasında xüsusi kampaniyalar başladı. Hətta bəziləri sertifikasiya imtahanlarında çıxacaq sualların əllərində olduğunu iddia etdilər. Digərləri isə sosial şəbəkələrdə bu sahədə nə qədər bacarıqlı olduqlarını göstərmək üçün müxtəlif kampaniyalar apardılar. Nəticədə, özünə güvənməyən müəllimlər onlardan asılı vəziyyətə düşdü.

Fikrimcə, keçiriləcək sertifikasiya imtahanları əvvəlkilərdən fərqli olmayacaq. Belə ki, suallar müəllimlərin tədris etdiyi mövzular üzrə hazırlanacaq. Sualların qəsdən çətinləşdirilməsi mümkün deyil, çünki imtahanın məqsədi müəllimlərin bilik və bacarıqlarını yoxlamaqdır. Bu halda sualların çətinləşdirilməsindən söhbət gedə bilməz".

 

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: