Seçki bülletenlərinin hazırlanma qaydaları TƏSDİQLƏNDİ
2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydaları təsdiq edilib.
Ajans.az xəbər verir ki, qərarın qəbulundan əvvəl MSK-nın sədr müavini Rövzət Qasımov məsələ barədə məlumat verib.
O bildirib ki, qanunvericiliklə seçki bülletenləri səsvermə gününə 10 gün qalmış çap edilməlidir:
Qərarla müəyyən edilib ki, bələdiyyə seçkilərində istifadə olunması üçün ümumilikdə 6 milyon 52 min 721 ədəd seçki bülleteni hazırlanacaq.
Daha sonra müvafiq qərar layihəsinin mətni səsverməyə təqdim olunaraq, təsdiqlənib.