Saxta valyuta KRİZİ: Dollar satışı dayandırıldı

Saxta valyuta KRİZİ: Dollar satışı
Dollar
İqtisadiyyat 29-11-2024 - 13:10

Türkiyədə xaricdə çap olunan saxta dollarların bazara çıxarılması əhali arasında ajiotaj yaradıb.

Ajans.az xəbər verir ki, 50 və 100 dollarlıq əskinaslar hətta bankomatlardan, pul sayan maşınlardan da keçib. Banklar və valyutadəyişmə məntəqələri dollar alışını dayandırıb.

İstanbul Respublika Prokurorluğu hadisə ilə bağlı istintaq başladıb. Banklar öz bankomatlarını və pul sayan maşınlarını yeniləyib. Bundan əlavə, ekspertlər vətəndaşların zərər çəkməməsi üçün bəzi təkliflər veriblər.

Mütəxəssislər vətəndaşlara zərər çəkməmək üçün dollar alışını banklar vasitəsilə etməyi tövsiyə edib. Həmçinin xarici valyutada ödəniş kartından istifadə etmək tövsiyə olunub. Bankdan nağd xarici valyuta alarkən müvafiq xarici valyutanın surətinin və bank möhürü vurulmaqla sənəd qəbzinin aparılması tövsiyə olunur. Bildirilib ki, valyutadəyişmə məntəqələrində qəbzə daxil olan pulların seriya nömrələrinin yazılması narazılıqların qarşısını alacaq.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: