Samuxda bədbəxt hadisə - Gənc qız dəm qazından ÖLDÜ
Samuxda 18 yaşlı gənc qız dəm qazında boğulub.
Ajans.az xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü F.Abbaszadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.