Salyanda acınacaqlı vəziyyət: 500 ailənin yol dərdi
Salyan rayonu Fikrət Zərgərli küçəsində acınacaqlı vəziyyət sakinlərin narazılığına səbəb olub.
Ajans.az xəbər verir ki, Əslində bu vəziyyət illərdir davam edir.
Su xətti çəkənlər, kanalizasiya üçün yer qazanlar, işıq dirəklərini basdıranlar hələ Sovet dövründən qalma asfalt örtüyünü ən yüksək səviyyədə sıradan çıxara biliblər.
Hazırda isə 500 nəfərdən çox ailənin yaşadığı ərazini əhatə edən bu küçə bərbad günə qalıb.
Sakinlər öz hesablarına yola daş-çınqıl tökməkdən beziblər.
Yaranan acınacaqlı durumu jurnalist Tural Müseyibov işıqlandırıb.
Ətraflı videoda:
View this post on Instagram