Sakinləri boğaza yığan problem: Çəkiliş vaxtı görün nələr yaşandı - VİDEO
Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində “Rent a car” şirkətlərindən birinə məxsus avtomobillər səkini zəbt edərək piyadaların hərəkətinə mane olur.
Ajans.az "Baku TV"yə istinadən xəbər verir ki, şirkətin nümayəndəsi problemə münasibət bildirməkdən imtina edib və vətəndaşların rəsmi müraciətindən sonra açıqlama veriləcəyini deyib.
Daha sonra sözügedən əraziyə yol polisi əməkdaşları cəlb olunaraq səkidə park edilən avtomobilllər piyadların hərəkətinə çətinlik yaratmamaq üçün buradan uzaqlaşdırılıb.