Rusların iki vilayəti eyni vaxtda vuruldu

Rusların iki vilayəti eyni vaxtda
Dünya 11-03-2025 - 09:55

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin eyni vaxtda Periqorud və Kursk vilayətlərinə hücum etdiyini açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barəfə Nazirliyin Teleqram kanalında məlumat verilib.

Moskva vaxtı ilə saat 15:20-dən 15:40-a qədər bölgələrin hava məkanında iki pilotsuz uçuş aparatı (PUA) vurulub.

Məlumatda bildirilir ki, hər iki PUA hava hücumundan müdafiə növbətçiləri tərəfindən məhv edilib. Nazirlik hadisə ilə bağlı əlavə detallar paylaşmayıb.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: