Ruslan Sabirli vəfat edib? - RƏSMİ
Sosial şəbəkələrdə aktyor Ruslan Sabirlinin ölüm xəbərinin yayılmasına Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) reaksiya gəlib.
Məsələ ilə bağlı TƏBİB-dən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aktyor ilə bağlı onlara heç bir müraciət daxil olmayıb.
"Ola bilər ki, Ruslan Sabirli hər hansısa özəl xəstəxanaya çatdırılıb. Özəl xəstəxanaya aparıldığı zaman bizə məlumat gəlmir".