Rusiyada təyyarə təcili eniş etdi

Dünya
04-04-2025 - 10:47
Moskvadan Volqoqrada uçan "Pobeda" Hava Yollarına məxsus təyyarə elektrik sistemində nasazlıq səbəbindən Moskvanın Şeremetyevo hava limanında təcili eniş edib.
Ajans.az Rusiya KİV-ə istinadən xəbər verir ki, "Boeing 737 800" təyyarəsi normal rejimdə eniş edə bilib.
"Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Hazırda mütəxəssislər gələcəkdə oxşar halların baş verməməsi üçün təyyarənin diaqnostikasını və təmirini həyata keçirirlər", - məlumatda deyilir./Unikal
Mövzular:
Oxşar xəbərlər
"Amerikaya səfər etmək imtiyazdır": Minlərlə ukraynalı qaçqın ABŞ-dən qovula bilər
Dünya17:45 / 15-04-25