"Biz çox yaxınıq!" - ABŞ-dən Ukrayna ilə BAĞLI XƏBƏR

Ukrayna və ABŞ bu həftənin əvvəlində nadir torpaq metallarına dair saziş imzalaya bilər.
Ajans.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.
"Biz çox, çox yaxınıq. Hətta bu həftə imzalana bilər", - siyasətçi Bloomberg jurnalistləri ilə söhbətində deyib.
Nazirin sözlərinə görə, Kiyev və Vaşinqton arasında keçirilən son görüşdə tərəflər sazişin şərtləri ilə bağlı kompromis əldə edə biliblər; yalnız hazır sənədi imzalamaq qalır.
Bundan əvvəl rus mətbuatı məlumat vermişdi ki, Kiyev rejiminin başçısı Vladimir Zelenski sənədi imzalamağa hazır olmadığını bəyan edib. O, son versiyada Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəndin olmamasından xoşlanmır. Bundan əlavə, Birləşmiş Ştatlar hesab edirdi ki, Kiyev onlara keçmiş prezident Co Baydenin göstərdiyi hərbi yardımı qaytarmalıdır. Lakin Zelenski iddia edir ki, maliyyə qrant şərtləri əsasında ayrılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.