"Amerikaya səfər etmək imtiyazdır": Minlərlə ukraynalı qaçqın ABŞ-dən qovula bilər

ABŞ-nin Kiyevdəki səfirliyi öz sosial şəbəkəsində ukraynalılar üçün vizalarının ləğv oluna biləcəyi barədə xatırlatma yerləşdirib.
Ajans.az xəbər verir ki, həmçinin qeyd olunur ki, Ukrayna vətəndaşları Amerikaya səfərin hüquq deyil, imtiyaz olduğunu başa düşməlidirlər.
"Amerikaya səfər etmək hüquq deyil. Bu, qanunlarımıza və dəyərlərimizə hörmət edənlərə verilən imtiyazdır”, - deyə səfirliyin rəsmi sosial media hesabında yazılıb. Qeyd edək ki, bu, ABŞ dövlət katibi Marko Rubionun sitatıdır . Siyasətçi ukraynalı qaçqınların ABŞ prezidenti Donald Trampın siyasətçilərinə qarşı silsilə etirazlarına belə cavab verib.
Bundan əvvəl rus mətbuatı Kiyevdə də Amerika səfirliyinin yaxınlığında silsilə etiraz aksiyalarının keçirildiyini bildirmişdi. Bir çox ukraynalı nadir torpaq metalları ilə bağlı Kiyev və Vaşinqton arasında razılaşmanın bəndləri ilə razılaşmır. Etirazçılar sövdələşməni əsarət hesab edir və onun imzalanmasının ləğvini tələb edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.