Bakıda külək 55 ağacı sındırdı - VİDEO

Bakıda külək 55 ağacı sındırdı -
ağac
Cəmiyyət 16-04-2025 - 11:30

Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Ajans.az-a bildirilib ki, bu gün səhər saat  10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

PAYLAŞ: