Nəsimi rayonunda ağac Pradonun üzərinə aşıb

Nəsimi rayonunda ağac Pradonun üzərinə aşıb
Hadisə 16-04-2025 - 11:04
 809

Aprelin 16-da Bakıda güclü külək nəticəsində Nəsimi rayonu ərazisində ağac aşıb.

Ajans.az xəbər verir ki, hadisə zamanı ağac yol kənarında park edilmiş “Prado” markalı minik avtomobilinin üzərinə düşüb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, son günlər paytaxtda küləkli hava şəraiti hökm sürür. Mütəxəssislər və rəsmi qurumlar belə havalarda açıq ərazilərdə ehtiyatlı olmağı tövsiyə edirlər.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: