Netanyahunun Makronla TELEFON DANIŞIĞI: Nə müzakirə etdilər?

Netanyahunun Makronla TELEFON DANIŞIĞI:
Dünya 15-04-2025 - 17:12

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Fələstin dövlətinin yaradılmasına qarşı olduğunu bildirib.

Ajans.az xəbər verir ki, Netanyahu Makrona Fələstin dövlətinin “terror üçün böyük mükafat” olacağını söyləyərək, Fələstin Muxtariyyəti də daxil olmaqla heç bir Fələstin rəsmisinin 7 oktyabr 2023-cü il HƏMAS qətliamını qınamadığını qeyd edib.

“Baş nazir Fransa prezidentinə bildirib ki, İsrail şəhərlərindən bir neçə dəqiqəlik məsafədə qurulan Fələstin dövləti İran terrorunun qalası olacaq və İsrail ictimaiyyətinin böyük əksəriyyəti buna qəti şəkildə qarşıdır və bu, həm də onun ardıcıl və uzunmüddətli siyasətidir”, - deyə, İsrail mətbuatı bildirib.

Keçən həftə Makron demişdi ki, Paris yaxın aylarda Fələstin dövlətini tanıya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: