Bu Çin avtomobillərinin qəza faizi ARTIB

2023-cü illə müqayisədə, keçən il Çin avtomobillərinin sahibləri KASKO sığorta ödənişlərinə üç dəfə çox müraciət etməyə başladılar.
Ajans.az xəbər verir ki, bu, sığorta şirkəti “Soglasie”nin gəldiyi nəticədir.
Məlum olub ki, digər çin maşınları ilə müqayisədə problemlər daha çox “Haval” və “Chery” avtomobillərində yaranıb. Hər bir brend sorğuların 23 faizini təşkil edib. “Geely” üçün bu rəqəm 15 faiz idi.
Çin istehsalı olan avtomobillərin iştirakı ilə ən çox qəza noyabr ayında baş verib. Payızın son ayında yol qəzalarının 10,5 faizi Çindən gələn avtomobillərin payına düşüb.
Əvvəllər bildirilmişdi ki, 2025-ci ilin yanvar-fevralının yekunlarına əsasən, Çin avtomobillərinin Rusiya bazarına tədarükünün ümumi həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz azalaraq 57 min 592 ədədə çatıb. Bundan başqa, ölkədə kütləvi şəkildə Çin avtosalonları bağlanmağa başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır