Rusiya Xəzərdən Kiyevi bombaladı - ÖLƏN VAR

Rusiya Xəzərdən Kiyevi bombaladı -
Dünya 13-11-2024 - 14:53

Rusiya bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə ağır zərbələr endirib.

Ajans.az yerli mətbuata istinadən xəbər verir ki, bu, Rusiyanın Ukrayna paytaxtına avqust ayından sonra ilk hücumudur.

Səhər bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Şəhər raket və pilotuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, hücumda havadan buraxılan qanadlı raketlər, X-23/X-24/İskəndər-M ballistik raketləri, "Şahed" tipli pilotsuz uçuş aparatları istifadə edilib.

Popko bildirib ki, hücum iki saatdan çox davam edib. Bir neçə qanadlı raket, bir neçə ballistik raket və onlarla dron məhv edilib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Kiyev vilayətində zərbələr nəticəsində bir nəfərin öldüyünü bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri bütün qanadlı və ballistik təyyarələrin vurulduğunu bildirib. Məlumata görə, Sumi rayonuna iki S-300 zenit raketi, Xəzər dənizi üzərində bombardmançı təyyarələr tərəfindən iki X-101 qanadlı raket, iki “İsgəndər” ballistik raketi atılıb.

PAYLAŞ: