Rusiya və ABŞ bu məsələlərdə razılığa gəlib

Dünya
25-03-2025 - 21:56
Kreml Rusiya və ABŞ ekspert qruplarının görüşünün əsas nəticələrini açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Rusiya və ABŞ Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsini təmin etmək barədə razılığa gəlib. Lakin Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsinə dair razılaşma “Rosselxozbank”a qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra qüvvəyə minməlidir.
Eyni zamanda ölkələr davamlı sülhə nail olmaq istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, ötən gün Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyadda qapalı görüşləri keçirilib.