Polisdən əməliyyat- 42 NƏFƏR SAXLANILDI

Polisdən əməliyyat-
Cəmiyyət 27-03-2025 - 16:00
 491

Martın 26-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Ajans.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

​- Axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
​- Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
​- Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: