Kaliforniyada yanğınsöndürənlərin istefası TƏLƏB EDİLİR

Kaliforniyada yanğınsöndürənlərin istefası
Yanğın
Dünya 01-02-2025 - 20:19

ABŞ səlahiyyətliləri, Los-Ancelesi bürüyən meşə yanğınları ilə mübarizə aparan və mənəviyyatı sarsıdan yanğınsöndürənlərə istefa bildirişləri göndərib.

"Unikal" xəbər verir ki, bu barədə "Washington Post" nəşri məlumat yayıb.

KİV-də qeyd edilir ki, təzminat ödənilməklə könüllü istefa təklifi işçiləri sentyabrın sonuna qədər istefa verməyə təşviq etmək və ya federal işçilərin sayının əhəmiyyətli dərəcədə azaldılması zamanı ixtisar olunma riskini artırmaq üçün edilir.

Nəşr vurğulayır ki, bu təklif müxtəlif profilli dövlət qulluqçuları arasında çaşqınlıq və təşviş yaratsa da, xüsusilə yanğınsöndürənlərə təsir edib.

Daha əvvəl bildirilmişdi ki, şəhərdə yanğınların başlamasına bir həftədən az qalmış Los-Anceles meri Karen Bass yanğın departamentinin büdcəsinin əlavə olaraq 49 milyon dollar azaldılmasını tələb edib ki, bu da 16 yanğınsöndürmə stansiyasının bağlanmasını nəzərdə tutur.

PAYLAŞ: