Bu şəhərdən Bakıya birbaşa aviareyslər açılır

Bu şəhərdən Bakıya birbaşa aviareyslər açılır
Cəmiyyət 27-03-2025 - 14:55

Rusiyanın Orenburq şəhərindən Bakıya birbaşa aviareyslər açılır.

Ajans.az xəbər verir ki, bu barədə Orenburq hava limanının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, aprelin 20-dən etibarən hər həftənin bazar günü Rusiyanın "İrAero" aviadaşıyıcısı Orenburq hava limanından Bakı-Orenburq-Bakı marşrutu üzrə reysləri yerinə yetirməyə başlayacaq.

Bakıya birbaşa reyslər "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.

Bakıdan yola düşmə saat 08:00-da, Orenburqa eniş 11:30-da, Orenburqdan uçuş 12:30-da, Bakıya eniş isə 14:00-dadır. Hər şəhər üçün yerli vaxt göstərilib. Uçuş müddəti təxminən 2.5 saatdır.

Aviaşirkətin məlumatına görə, "Standart" tarifi ilə bir tərəfə uçuş 14.6 min rubl (təxminən 294 manat), "Optimal+" seçimi ilə isə 18.3 min rubla (təxminən 369 manat) başa gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: