Sərnişin avtobusu ilə minik maşını toqquşdu- Xəsarət alanlar var

Hadisə
27-03-2025 - 16:32
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan 1 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin avtobusu ilə "Toyota" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınında olanlar, 1983-cü il təvəllüdlü T.Orucova və 1978-ci il təvəllüdlü Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.