Rusiya, İran və Çin İranın nüvə problemi ilə bağlı GÖRÜŞƏCƏK

Rusiya, İran və Çin İranın nüvə problemi ilə bağlı
İran, Rusiya, Çin
Dünya 12-03-2025 - 11:40

Rusiya, İran və Çin İranın nüvə problemi ilə bağlı görüş keçirəcək.

Ajans.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib. Onun sözlərinə görə, Çin hakimiyyəti martın 14-də üçtərəfli görüş keçirəcək.

“Martın 14-də Pekində Çin, Rusiya və İranın iştirakı ilə İranın nüvə problemi ilə bağlı iclas keçiriləcək və iclasa Çinin xarici işlər nazirinin müavini Ma Çjaoxunun sədrliyi ilə baş tutacaq”, - o, brifinq zamanı deyib.

Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Rusiya-Çin əməkdaşlığı onilliklərdir davam edir və dövlət başçıları əksər sahələrdə birgə işləyir, ona görə də üçüncü dövlətlər belə sabit münasibətləri məhv edə bilməyəcəklər. O, həmçinin əlavə edib ki, Çin Ukrayna böhranının həlli üçün şərait yaratmaq niyyətindədir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: