Sumqayıtda avtomobil yandı - Video

Sumqayıtın Koroğlu prospektində avtomobil yanıb.
Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub. Onların çevik müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilinin idarəetmə lövhəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsində elektrik avadanlıqları yanıb. Avtomobil yanğından mühafizə olunub.