Rusiya XİN HƏMAS-la telefon danışığı ETDİ - Nə müzakirə etdilər?

Rusiya XİN HƏMAS-la telefon danışığı ETDİ -
Rusiya XİN
Dünya 16-01-2025 - 13:31

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Fələstinin radikal HƏMAS hərəkatı Siyasi Bürosunun nümayəndəsinin müavini Musa Əbu-Mərzuk ilə telefon danışığı aparıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Söhbət zamanı HƏMAS nümayəndələri Rusiyanın Fələstin xalqının qanuni hüquqlarını təmin etmək səylərinə, habelə Fələstin məsələsinin ədalətli həlli lehinə Rusiyanın prinsipial mövqeyinə görə təşəkkür edib. Bundan əlavə, onlar Doha və Qahirədə atəşkəs, Qəzza zolağında girovların azad edilməsi ilə bağlı uzun sürən danışıqlar nəticəsində İsraillə əldə olunan razılaşmadan gözləntilərini bölüşüblər ”, - nəşr qeyd edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: