Rumıniyada prezident seçkilərinin nəticəsi LƏĞV EDİLİB

Rumıniyada prezident seçkilərinin nəticəsi
Gündəm 06-12-2024 - 19:57

Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkisinin birinci turunun nəticəsini ləğv edib.

Ajans.az xəbər verir ki, Rumıniyanın "Digi24" telekanalı məlumatı rəsmi mənbələrə istinadən yayıb.

Hələlik Rumıniyada yeni prezident seçkisinin nə zaman keçiriləcəyi barədə məlumat verilməyib.

Qeyd edək ki, noyabrın 24-də keçirilmiş birinci turda Kelin Corcesku üstünlük əldə etmişdi. Prezident seçkisinin ikinci turu dekabrın 8-də baş tutmalı idi.

PAYLAŞ: