Qaz borularına niyə hava vurulur? - RƏSMİ

Qaz borularına niyə hava vurulur? -
Qaz xətti
Gündəm 21-11-2024 - 15:44
 129

Son günlər sosial şəbəkələrdə qaz borularına hava vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan videolarda qaz borularında qaz əvəzinə hava axını olduğu iddia edilir ki, bu da həm istifadəçilərin narahatlığına, həm də məsələ ilə bağlı müxtəlif sualların yaranmasına səbəb olub. Mövzu ictimaiyyətdə ciddi rezonans doğurub.

İstifadəçilər, xüsusilə də qış mövsümünün yaxınlaşdığı bir vaxtda bu kimi hallar nəticəsində əlavə xərclərlə üzləşməkdən narahatdırlar.

Maraqlıdır, nə üçün qaz borularına hava vurulur?

Məsələ ilə bağlı "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Ajans.az-a açıqlamasında bildirib ki, boru xətlərinə hava vurulması orada yığılan su kütləsi və bəzi qırıntıların çoxalmasından irəli gəlir:

"Müxtəlif səbəblərdən qaz daşıyıcı boru xətlərinə su kütləsi yığılır və o su kütləsi artdıqda bizim təzyiqlə abonentlərə qazın verilişində təsir edir. Belə olan ərazilərdə abonentlərə gedən qazın mənbəyini bağlayırıq ki, abonentlərə hər hansı bir formada su və ya hava getməsin. Daha sonra hansısa bir mənbədən açılmış dəliyin vasitəsiylə güclü atmosferli hava kütləsini həmin boru xəttinə vururuq”.

"Azəriqaz" İB-nin rəsmisi qeyd edib ki, abonentlərə gedən hissə var ki, qazın qabağının bağlandığı yerdən bir qədər irəlidə açılmış dəlik vasitəsilə vurulan təyziq su kütləsi, qırıntıları və digər hər şeyi vurub boru xəttindən çıxarır. Onun sözlərinə görə, qaz borusuna yığılan su kütləsi təmizləndikdən sonra xüsusi qurğu vasitəsilə qaz borusunda qalan hava kütləsi də çıxarılır. Proses bitdikdən sonra abonentlərə verilən qaz təmin olunur.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: